Elə insanlar  var ki, yayda qarpız pəhrizi saxlayır. Bu  tamamilə yalnış hesab edilir. Çünki, qarpız pəhrizi zamanı orqanizm piy kütləsi əvəzinə əzələ kütləsi və su itirir. Bu da pəhrizi dayandırdıqdan sonra, müəyyən çəki atmağınıza baxmayaraq, bu çəkilər artıqlaması ilə qayıtmasına səbəb olur. 
“Medicina” xəbər verir ki, endokrinoloq Aysel Əhmədovanın sözlərinə görə, qarpızın tərkibindəki amin turşusu (eresitrolin), bu qaraciyər və bağırsaqlarda amin turşusuna çevrilərək, damar mənfəizində olan  oksid asit birləşməsinə təsir göstərir.
“Bu isə orqanizmdə bir çox fiizoloji funksiyalarda önəmli olan maddədir. Qarpız eyni zamanda qan dövranını yaxşılaşması, ürək – qan damar və sinir xəstəliklərinin qarşısının alınmasında böyük bir rolu vardır.
Qazrpızın tərkibində likopen maddəsi  vardır ki, bu da  xərçəng əleyhinə olan  maddədir. Qarpızdan mövsümündə yararlanmaq lazımdır. Lakin miqdarına diqqət etmək önəmlidir. 
Ümumiyyətlə, pəhriz balanslaşdırılmış şəkildə olmalıdır. Həm yağ, həm karbohidrat – protein  mənbəyi düzgün sağlam şəkildə alınmalıdır”.
Aynur Məmmədova