Qaşların seyrəkləşib tökülməsinin səbəbi AÇIQLANDI

  • 2022.09.14 13:33
  • 2662 Baxış
Qaşların seyrəkləşib tökülməsinin səbəbi    AÇIQLANDI

Normal qaşları olduğu halda qadınların qaşlarının seyrəkləşib tökülməsi və bərpa olmaması əsasən qalxanvari vəzidə problemdən xəbər verir.


"Medicina" xəbər verir ki, endokrinoloq Antonina Qurova qaş seyrəlməsinin nəyin siqnalı olmasını açıqlayıb.

"Qaşların getdikcə səbəbsiz seyrəlməsi, qaşın 3-də birinin tökülməsi qalxanvari vəzin aktivliyinin normadan aşağı olmasının göstəricisidir.

Adətən T3 və T4 hormonları pozulur.

Hipoterioz adlanan bu xəstəlik qadının xarici görünüşünü çox dəyişir. Saçlar tökülür, qırılır, uzanmır.


Qaş və saçların tökülməsi vəzin fəaliyyətinin zəifləməsindən bir neçə ay sonra başlaya bilər.


Eləcə də digər psixi və fiziki problemlər olur:


- Yorğunluq
- Çəkinin artması
- Soyuğa dözümsüzlük
- Qəbizlik
- Asta hərəkət
- Düşüncədə gerilik
- Menstrual pozulma

Xoşbəxtlikdən qalxanvari vəzi normallaşdıranda, saç və qaş problemləri də düzələ bilər.

Aygün Musayeva