Qaxda daha bir göbələk zəhərlənməsi

  • 15 Noy 2021 10:12
  • 234 Baxış
Qaxda daha bir   göbələk zəhərlənməsi
Qaxda 22 yaşlı gənc göbələkdən zəhərlənib.


Medicina.az xəbər verir ki, APA-nın məlumatına görə, rayonun Əmircan kənd sakini, 1999-cu il təvəllüdlü Nicat İlham oğlu Məmmədov zəhərlənmə əlamətləri ilə Qax Rayon Mərkəzi Xəstəxanasına daxil olub.

Müayinə zamanı N. Məmmədovun göbələk yedikdən sonra zəhərləndiyi məlum olub.

Hazırda N. Məmmədovun vəziyyətinin orta-ağır olduğu bildirilir.