Qaynanmış su içmək zərərlidir, yoxsa faydalı?

  • 29 Dek 2021 15:25
  • 1302 Baxış
Qaynanmış su içmək zərərlidir, yoxsa faydalı?

Bəzən su çirkli olduğuna görə, onu qaynadıb içirik. Su qaynayan zaman tərkibindəki kalsium, maqnezium, karbonantlar və başqa minerallar sudan ayrılıb qaynayan qabın iç divarlarına yapışaraq sudan ayrılır, belə deyək, su mineralsızlaşır.

Medicina.az xəbər verir ki, həkim-fitoterapevt Fizuli Hüseynov bu barədə açıqlama yazıb.


Su qaynayan zaman əmələ gələn qabarcıqlar suda oksigen səviyyəsini aşağı salır, su nə qədər çox qaynayırsa, bir o qədər ağırlaşır. Xatırladım ki, atom sənayesində istifadə olunan ağır su sayılan deyterium da suyun dəfələrlə qaynadılması və hidroliz olması nəticəsində alınır. Ağır su hüceyrələrdən pis sorulur, hüceyrələri çiy su qədər qidalandıra bilmir.

Daimi qaynadılmış su içən insanların dəriləri sönük (əksinə, çiy su içənlərin dəriləri parlaq olur), saçları cansız, fiziki aktivlikləri həmişə aşağı səviyyədə olur.

Bundan əlavə, suyu zərərsizləşdirmək üçün suya vurulan xlor su qaynadıldıqdan sonra artıq zərərli bir birləşmə əmələ gətirir. Hazırda sutəmizləyici qurğular satılır. Bu qurğular vasitəsilə adi suyu təmizləmək olar. Və ya marketlərdə təmiz içməli sular satılır, onlardan da istifadə mümkündür.

"Bəzən suyu daşdan süzüb istifadə edirlər, daş suyu mexaniki təmizləmək üçün çox yaxşıdır, daşdan süzülmüş su şəffaf olur", - deyə həkim tövsiyələrini verib.