Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Qaynar çay içməyi sevənlərdə xərçəng riski

  • 2024.11.23 17:04
  • 1010 Baxış
Qaynar çay içməyi sevənlərdə    xərçəng riski

Müntəzəm olaraq, qaynar, 60 dərəcədən yuxarı istilikdə çay içməyi sevənlərdə qida borusu, qırtlaq xərçəngi olma riski 80% artır.

“Medicina” xəbər verir ki, Tehran universitetinin alimləri bunu elmi araşdırma ilə sübut ediblər.
Onlar İranın 50 min sakininin tibbi məlumatlarını təhlil ediblər.

Onların yaşı 40-75 arası olub.
10 il ərzində onlardan 456 nəfərində qida borusu karsinoması aşkarlanıb.

Analiz göstərib ki, gündə 60 dərəcədən yuxarı 700 ml çay içən və gündə 700 ml-dən çox çay içənlərdə - təxminən 5 stəkan bu xərçəng daha çox yaranıb.

“Çox insanlar isti çay, qəhvədən ləzzət alır, ilıq olanda içmir. Lakin qaynar içkilər fatal nəticələr velə bilər, çayı soyudub için”- deyə alimlər bildirib.


Aygün Musayeva