Qazaxda həkimlərin çəkdiyi qalmaqallı video ilə bağlı - AÇIQLAMA - VİDEO

  • 2020.07.30 09:40
  • 4879 Baxış
Qazaxda həkimlərin çəkdiyi qalmaqallı video ilə bağlı   - AÇIQLAMA - VİDEO
Ötən gün sosial şəbəkələrdə Qazaxda Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında (TTTYS) şəraitin olmaması ilə bağlı yayılan video görüntülər böyük rezonansa səbəb oldu.

Medicina.az-ın məlumatına görə, stansiyasının əməkdaşı videoda şəraitin olmamasından, təmirsiz bir binada yerləşdirilmələrindən şikayət edir.

“Qazax Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin direktoru Sevda Məmmədova bildirib ki, bu il martın 3-də prezident İlham Əliyevin iştirakı ilə Qazax Rayon Mərkəzi Xəstəxanasının 145 çarpayılıq binası istifadəyə verilib. Xəstəxana ən müasir tibbi avadanlıqlarla və inventarlarla təmin edilib. Xəstəxanada bütün şəraiti olan Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının şöbəsi yaradılıb.

Lakin xəstəxana 25 mart 2020-ci il tarixdən koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar olaraq karantin xəstəxanası kimi fəaliyyət göstərməyə başlayıb. Yoluxucu xəstəliklər şöbəsindən başqa bütün şöbələr köhnə yerlərinə köçürülüb. Qazax RMX TTTYS-sı isə uşaq xəstəxanası ərazisində yerləşən əlavə tikiliyə yerləşdirilib.

Qazax Rayon İcra Hakimiyyəti tərəfindən TTTYS-nın müvəqqəti yerləşdirildiyi binada cari təmir işlərinə başlanılıb.
“Biz səhiyyə şöbəsinin kollektivi dünyanı bürüyən pandemiyaya qarşı mübarizə ilə ələqadar var gücümüzlə çalışır, əhalinin sağlamlığının keşiyində dayanırıq. Lakin sıralarımızda olan bəzi əməkdaşların bugünkü çətin şəraitdə öz məkirli məqsədlərini bu cür biruzə vermələri həqiqətən də bizi sarsıdır. Mərkəzi Xəstəxananın yeni inzibati binası tikilənə qədər də biz bu cür şəraitdə layiqincə fəaliyyət göstərmişik. Bundan sonra da əlimizdən gələni əsirgəməyəcəyik. Bəzi əməkdaşların bu cür hərəkətlərini hamılıqla pisləyirik”.

Baş həkim yeni açılan xəstəxanada yaradılan şəraitlə bağlı video da çəkib.