Qazaxda 2 uşağı ildirim vurub, 1-i ölüb

  • 2022.09.22 16:28
  • 1623 Baxış
Qazaxda 2 uşağı ildirim vurub, 1-i ölüb


Qazax rayonunda iki uşağı ildırım vurub, biri ölüb.

Bu barədə Bakupost.az -a Qazax Müalicə Diaqnostika Mərkəzindən bildirilib.


Qeyd olunub ki, bu gün ildırım vurması nəticəsində tibb müəssisəsinə iki nəfər yerləşdirilib: "2011-ci il təvəllüdlü olan zərərçəkən xəstəxanaya gətirilərkən ölü vəziyyətində olub. Digər zərərçəkən 2012-ci il təvəllüdlü pasiyentin Reanimasiya şöbəsində müalicəsinə davam edilir. Hazırda vəziyyəti orta ağırdır".