Qazlı içkilər insanın sümüklərini əridir - Həkim

  • 15 Apr 2022 14:35
  • 1573 Baxış
Qazlı içkilər insanın sümüklərini əridir   -  Həkim


Sümüklərin davamlılığı və sıxlığına qidalarla yanaşı, içkilər də təsir edir.

Bakupost.az xəbər verir ki, tibb elmləri doktoru, həkim Endryu Axapkonq qazlı içkinin sümüklərə dağıdıcı təsirindən danışıb.

"Əgər qanda fosforun səviyyəsi həddən artıq yüksəkdirsə, bu o deməkdir ki, orqanizm kalsiumu sümük və dişlərdən alıb qana atır. Bu da sümüklərin daxildən boşalması deməkdir.

Kalsiumu sümüklərdən yuyub aparan səbəblərdən biri də qazlı içki və duzlu qidalardır.

Çox miqdarda duz-natriy kalsiumun orqanizmdən sovrulmasını artırır, turşu mühit yaradır.

Çox qazlı su içənlərin sümüyü tez kövrəkləşir, ümumi sümük kütləsi azalır, bu da orta yaşlarda acı nəticələrə gətirib çıxarır.
Qazlı suyu adi su və ya mineralla əvəz edin".


Aygün Musayeva
BakuPost