Qəddar və kinli adamların ürəyi daha çox infarkt olur

  • 2022.10.25 18:00
  • 504 Baxış
Qəddar və kinli adamların ürəyi daha çox infarkt olur

Kin və qəzəb bədəndə fiziki dəyişiklik yaradıb, ürəyi yükləyə bilər.


"Medicina" xəbər verir ki, həddən artıq çox qəzəb və kin sağlamlıq üçün zərərlidir.

Əsəbi, kobud,qəzəbli insanların daha tez-tez bu hisslərin təsirindən risk altına düşür və cidid xəstəliklər tapır.

Həkim kardioloq Oleq Varfolomeyev bildirib ki, acıq, hirs bədəni yüksək təhlükə və hücuma hazırlıq səviyyəsinə gətirir.

Bu zaman qana adrenalin sıçrayır, kortizol artır, damarlar sıxılır, ürəyin yığılıb açılması sürətlənir, bu zaman qan qatılaşır.

Nəticədə ürək arteriyaları tez sıradan çıxır, təzyiq, ürək problemləri başlayır.

Ürək infarktının səbəbi ürək tezliyinin sürətlənməsi və yüksək təzyiqdir.

Belə adamlar ürəyini qorumaq üçün bədəni, beyni rahatlandırmaq və gərginliyi azaltmağı öyrənməlidir.

Əgər siz streslə təkbaşına bacarmırsızsa, o zaman nevroloq və kardioloqla danışın, xüsusi müalicə ilə sizi sakitləşdirsinlər.

Alimlər də elmi tədqiqatları ilə sübut ediblər ki, qəzəb, kin ürəyin fatal işemik xəstəliyinə səbəb olur".

Aygün Musayeva