Qəhvə diabet riskini azaldır? - Araşdırma aparıldı

  • 2026.03.06 13:59
  • 439 Baxış
Qəhvə diabet riskini azaldır? -  Araşdırma aparıldı

Qəhvə və diabet arasındakı əlaqə illərdir araşdırılır.

Medicina.az xəbər verir ki, mütəxəssislər qəhvənin 2-ci tip diabet riskinə təsirini açıqlayıblar. Harvard Universitetinin mütəxəssisləri tərəfindən aparılan araşdırmaya görə, müntəzəm qəhvə istehlakının gözlənilməz təsirləri var.



Sübut edilib ki, müntəzəm olaraq sadə qəhvə istehlakı 2-ci tip diabet riskini 10 faiz azaldır.

Harvard Universiteti tərəfindən aparılan bir araşdırmada orta hesabla 300.000 insanın qəhvə istehlakı vərdişləri diqqətlə araşdırılıb.



34 illik tədqiqat dövründə 13.281 iştirakçıya 2-ci tip diabet diaqnozu qoyulub.

Tədqiqat məlumatlarına görə, gündə bir fincan adi qəhvə içmək 2-ci tip diabet riskini 10 faiz azaldır. Lakin bu təsir süd, əlavə dadlandırıcılar və ya şəkər tərkibli qəhvələrdə müşahidə olunmur.



Tədqiqata rəhbərlik edən Dr. Matthias Henn deyir ki, qəhvədəki kofein və bitki komponentləri 2-ci tip diabetlə əlaqəli bədəndə iltihabı azaldır. Lakin bu təsirdən faydalanmaq üçün adi qəhvə içmək olduqca vacibdir.

Aygün
Medicina.az