Qəhvə içmək üçün ən ideal saat açıqlandı

  • 2023.04.13 16:08
  • 1720 Baxış
Qəhvə içmək üçün ən ideal saat  açıqlandı
Qəhvə enerji verici, canlandırıcı təsirə malikdir, lakin onu çox içmək arzuolunmazdır. Qəhvənin qaraciyər sağlamlığı üçün faydalı olduğuna dair sübutlar da var.

Bəs qəhvəni nə zaman içmək daha məsləhətlidir ki, öz müsbət təsirini göstərsin.

“Medicina” xəbər verir ki, qəhvə istifadəsindən sonra damarlar daralır, qan dövranı yaxşılaşır və baş ağrısı yox olur.
Bundan əlavə, qəhvə ürək xəstəliklərinin qarşısını almağa kömək edə bilir.

Məlum olub ki, qəhvə üçün ideal vaxt səhər 09:00-11:00 və ya 14:00-16:00-dır. Səhərlər qəhvə oyanmağa kömək edəcək, günorta isə yorğunluğun bədəndən xaric olmasına və aktiv həyata davam etməyə kömək edəcəkdir.

Xatırladaq ki, hamiləlik, osteoporoz, mədə problemləri və müəyyən dərmanlar qəbul edərkən qəhvə içmək tövsiyə edilmir.

Aynurə Məmmədova