Qəhvə ilə bulka və kruasan yeməyin!

  • 2022.07.26 15:02
  • 1974 Baxış
Qəhvə ilə bulka və kruasan yeməyin!


Qəhvə və kapuççino yanında un məmulatı - kruasan, bulka və peçenye yemək doğru deyil.


Bakupost.az xəbər verir ki, həkim dietoloq Marika Kopıtko indi dəbdə olan fransızsayağı səhər yeməyi olan qəhvə ilə kruasanın əleyhinə çıxıb.


"Sağlamlıq baxımından bu ikisi bir-birilə uyğun deyil. Onların müntəzəm qəbulu piylənmə və şəkər əmələ gətirir.
Kruasan və bulka əla növ undan hazırlanır.

Onda karbohidrat və doymuş yağdan başqa bir şey yoxdur. Bu qidada zülal, vitamin, mineral olmur.

Kruasan zərərli qidadır, onu tam taxıldan qara çörəklə əvəz edin.

Qəhvəyə şəkər əlavə edib, üstəlik kruasanla içmək qanda qlükoza sıçrayışı yaradır.

Bu ikili qadınların dəri və xarici görünüşünə də mənfi təsir edir".



Aygün Musayeva
BakuPost