Qəhvəni belə içdikdə, xərçəng riski var - İran onkoloqları

  • 2022.10.27 16:23
  • 1083 Baxış
Qəhvəni belə içdikdə, xərçəng riski var  - İran onkoloqları

Həkimlər qəhvə sevənlərə daha bir xəbərdarlıq edib.


"Medicina" xəbər verir ki, Tehran universitetinin həkimləri qəhvəni dəmləyən kimi isti -isti içməyin onkoloji risk yaratdığını sübut edib.

Onlar 500 min insanın zərərli vərdişini təhlil edib. Məlum olub ki, qaynar, təzə qəhvə içənlər daha çox bədxassəli şişlərdən əziyyət çəkir.

"90-95 dərəcəyə kimi isidilmiş təzə dəm qəhvə qida borusunun selinli qişasında həssas hüceyrələrin yanığına səbəb olur, bu da qida borusu, mədə, qırtlaq xərçənini 2 dəfə artırır" - deyə alimlər bilrir.

70 dərəcə və ondan yuxarı dərəcədə isti qəhvə içənlərdə qida borusu xərçəngi əmələ gələ bilər.

Qəhvə reflüksü artırır, nəticədə mədə ilə qida borusu arasında baryer zəifləyir.
Mədə şirəsi gecə-gündüz geri qida borusuna axır.

Ona görə qəhvəni hazırlayıb, 50-60 dərəcəyə qədər soyudub sonra içməlisiz.

Aygün Musayeva