Qəhvənin ömrü uzatması araşdırılıb - Şok nəticə

  • 2022.09.28 18:04
  • 1290 Baxış
Qəhvənin ömrü uzatması araşdırılıb   - Şok nəticə


Qəhvə içməyin ömür müddətinə təsiri alimlər tərəfindən araşdırılıb.


"Medicina" xəbər verir ki, Avstraliyanın Beyker universitetinin alimləri 449 min nəfər 40-70 yaş arası insanı əhatə edən elmi araşdırma aparıb.

Eksperimentin əvvəlində onların heç birində ürək-damar problemi yox idi.

İştirakçılar hər gün nə qədər və hansı qəhvədən içdikləri barədə hər il məlumat veriblər.

Sonra onları qəhvə miqdarına görə qruplara ayırıblar: gündə 1-2-3 və daha çox fincan.

12 il ərzində bu insanlardan 27 mini ölüb.

Onlardan hər gün 1-2 fincan istənilən cür qəhvədən içənlər daha çox yaşayıblar.

Ən az ölüm riski gündə 2-3 fincan qəhvə içənlərdə olub.


Eləcə də 449 min insanın 120 min nəfərində 12 il ərzində ürək-damar patologiyası aşkarlanıb.
Onlardan ən az risk gündə 2-3 fincan qəhvə içənlərdə olub.

Aritmiya isə 30 min insanda olub.

Belə məlum olub ki, gündə 2-3 fincan qəhvə ömrü uzada bilir.

Aygün Musayeva