Qəhvəyə duz əlavə edəndə nə olur?

  • 2023.05.16 19:18
  • 1535 Baxış
Qəhvəyə duz əlavə edəndə nə olur?
Sosial şəbəkələrdə qəhvəyə duz tökmək trendi yayılıb. Bloggerlər bu üsulla hazırladıqları qəhvənin bədəni sağaltdığını iddia edirlər.

Əslində, Asiya, Afrika və Yaxın Şərqdə qəhvəyə duz əlavə etmək çoxdan var.

Bəs duzlu qəhvəni içmək həqiqətənmi faydalıdır?

“Medicina” xəbər verir ki, həkim – diyetoloq Rüstəm Sadıxovun sözlərinə görə, insanların qəhvəyə duz əlavə etmələrinin səbəblərindən biri içkinin acılığını azaltmaqdır. Duz acılığı hiss etdirən dad reseptorlarını bloklayaraq, acı dadı neytrallaşdırmağa kömək edə bilər. Beləliklə, bir çimdik duzla bir fincan qəhvə daha dadlı ola bilər.


“Duz qəhvədəki şirin dadı üzə çıxarır. Bunun səbəbi duzun dildə şirinlik hissini gücləndirməsidir. Nəticədə qəhvə şəkər və ya dadlandırıcılar əlavə edilmədən daha şirin ola bilər.


Qəhvəyə duz əlavə etməyin başqa bir potensial faydası turşuluğunu azaltmaqdır. Qəhvədə yüksək turşuluq səviyyəsi bəzi insanlarda mədə göynəməsi kimi həzm problemlərinə səbəb ola bilər. Duz qəhvədəki turşunu zərərsizləşdirməyə kömək edə bilər.

Duz əlavə etməklə siz qəhvənin təbii ətrini artıra və dadını yaxşılaşdıra bilərsiniz.

Qəhvəyə əlavə olunan bəzi əlavələr bu içkidən yaranan xoşagəlməz fizioloji hissləri – mədə göynəməsini, kolik, köp, yanma, gəyirmə, baş ağrısını götürür.

Həddindən artıq duz qəhvənin təbii dadını alt-üst edə bilər. Həmçinin, yüksək qan təzyiqi varsa, qəhvəyə duz əlavə etmək yaxşı fikir deyil”.

Günay Quluzadə