Yunanıstanda Qərbi Nil virusuna yoluxma halları ötən ilə nisbətən artıb.
Medicina.az xəbər verir ki, Yunanıstanda Qərbi Nil virusuna yoluxma hallarının ötən ilə nisbətən artdığı, ilin əvvəlindən 5 avqusta qədər 65 yoluxma halının aşkarlandığı və 6 ölüm hadisəsinin qeydə alındığı bildirilib.
Yunanıstan Milli İctimai Səhiyyə Təşkilatının (EODY) rəhbəri Teodoros Vasilakopulos dövlət televiziyası ERT-ə bildirib ki, yoluxma halları xüsusilə paytaxt Afina da daxil olmaqla Attika bölgəsinin cənub və şərq hissələrində cəmləşib.
Vasilakopulos virusun adi ağcaqanadlar vasitəsilə ötürüldüyünü və yoluxmuş insanların əksəriyyətində heç bir simptom olmadığını bildirib.
O izah edib ki, yoluxma hallarının təxminən 20%-də yüngül qızdırma, 1%-dən azında isə ensefalit və meningit kimi ciddi mərkəzi sinir sistemi xəstəlikləri inkişaf edə bilər.
EODY məlumatlarına görə, ilin əvvəlindən 5 avqusta qədər ölkədə 65 yoluxma halı aşkar edilib və 65 yaşdan yuxarı 6 nəfər ölüb.
Yunanıstanda ötən ilin avqust ayına qədər Qərbi Nil virusuna yoluxmanın 35 halı qeydə alınıb. 2025-ci il ərzində yoluxma hallarının sayı 96-ya çatıb və virus səbəbindən 10 nəfər ölüb.
Aygün
Medicina.az