Qeysəriyyə əməliyyatı körpədə astma riskini ARTIRIR

  • 2021.05.05 14:56
  • 1233 Baxış
Qeysəriyyə əməliyyatı körpədə astma riskini  ARTIRIR
Qeysəriyyə əməliyyatlarının artması ilə uşaqlar arasında allergiya və astma kimi problemlər də artıb.

Medicina.az xəbər verir ki, dünyada 339 milyon astma xəstəsi var və son 50 ildə bu say daha da artıb. Uşaqlar arasında isə xəstəlik 15 faiz artıb. Yəni orta hesabla hər 8 uşaqdan birində astmaya rast gəlinir.

QEYSƏRİYYƏ ƏMƏLİYYATLA DOĞUŞ ASTMA RİSKİNİ ARTIRIR

Qeysəriyyə əməliyyatları artdıqca allergik xəstəliklər də artır. Astma da bunlardan biridir. Ona görə də əgər hansısa bir problem yoxdursa, normal doğuşu seçməlisiniz. Artıq demək olar ki, hər iki uşaqdan biri qeysəriyyə əməliyyatı ilə dünyaya gəlir. Bu əməliyyat da astma riskini artırır.

ANA SÜDÜ İLƏ QİDALANAN UŞAQLARDA ASTMA RİSKİ DAHA AZDIR

Körpənin düzgün qidalanması çox önəmlidir. Ən azı 1 il ana südü ilə qidalananlarda astma riski daha azdır. Digər bir səbəb isə antibiyotiklərdir. Antibiyotiklər ehtiyac olduğu zaman istifadə edilməlidir. Əks təqdirdə orqanizmdə faydalı olan bakteriyaları öldürür, astma kimi xəstəlikləri artırır. Digər bir səbəb isə düzgün qidalanmadır. Təzə, sağlam bir qidalanma tərzi seçilməlidir”..