Sumqayıtda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan qazi Rəşad Poladov özəl tibb müəssisəsinə köçürülüb.
"Medicina" xəbər verir ki, 17.05.2025-ci il tarixində saat 14:10 radələrində yol qəzasında xəsarət alan 1993-cü il təvəllüdlü şəxs (kişi cinsli) Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunub.
Dalağın cırılması, müştərək travma, qapalı kəllə-beyin travması, baş-beyin əzilməsi diaqnozları təyin edilən şəxs cərrahi əməliyyat olunub və onun dalağı xaric olunub. Vəziyyəti ağır qiymətləndirilən şəxs reanimasiya şöbəsinə yerləşdirilib.
Ailə üzvlərinin yazılı iltizamnaməsinə əsasən 18.05.2025-ci il tarixində saat 3:40 radələrində sözügedən şəxs Bakıya özəl tibb müəssisəsinə təxliyə olunub.