Qəzəblənməyin insana çox xeyri var imiş

  • 2023.11.01 13:40
  • 1594 Baxış
Qəzəblənməyin insana çox xeyri var  imiş

Texas universitetinin alimləri ən zərərli emosiya olan qəzəbin faydasını tapıb.

“Medicina” xəbər verir ki, insan qəzəbindən böyük və çətin məqsədlərinə çatmaq üçün ilham pərisi kimi istifadə edə bilər.

Tədqiqat gedişində 1000 nəfər iştirak edib. Onlarda kədər, hirs, qəzəb və sevinc hislərinin təsiri öyrənilib.

Onlara çətin tapşırıq verilib və müxtəlif emosiya halında tapşırığın öhdəsindən gəlmə bacarıqları sınanıb.

Bütün tapşırıqlarda qəzəbin insanları öz məqsədinə çatmasına kömək etdiyi sübut olunub.

Alimlər hesab edir ki, qəzəb neqativ olmasına baxmayaraq, əslində çox faydalıdır. Adətən insanlar elə hesab edir ki, müsbət emosiya halı daha vacibdir, neqativi iqnor etmək və basdırmaq lazımdır.

Aygün Musayeva