Qida rasionunun 80 faizi belə olarsa… - Cavanlıq onlarda gizlənib

  • 2019.01.12 11:30
  • 12856 Baxış
Qida rasionunun 80 faizi belə olarsa… -  Cavanlıq onlarda gizlənib

 

Məlumdur ki, lif sağlamlıq və maddələr mübadililəsinin normal həyata keçməsi üçün çox əhəmiyyətlidir. Bu maddəyə, əsasən bitkilərin tərkibində rast gəlinir. Qida lifləri mədədə qalaraq insanda toxluq hissi yaradır.  Araşdırma göstərib ki, insanın qida rasionunun 80%-i qida liflərindən ibarət olarsa, o daha uzun və sağlam həyat yaşayır.  


Medicina.az xəbər verir ki, gündəlik lif qəbulu 25-30 qr olmalıdır. Tərkibi liflə zəngin qidalara paxlalılar, tərəvəzlər, meyvələr, çərəzlər, çörək, sıyıqlar (qarabaşaq, yulaf, buğda) aiddir. 


Birdən-birə çox miqdarda lifli qida qəbul etmək məsləhət deyil. Bu, bağırsaq qıcıqlanması və qəbizlik yarada bilər. 


Arzu

Medicina.az