Qida Təhlükəsizliyi Agentliyinin gənc əməkdaşı vəfat etdi

  • 2022.05.20 15:16
  • 2269 Baxış
Qida Təhlükəsizliyi Agentliyinin gənc əməkdaşı    vəfat etdi

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bitki Sağlamlığı şöbəsinin əməkdaşı Könül Alıyeva dünyasını dəyişib.

Medicina.az xəbər verir ki, o, 1977-ci il sentyabrın 1-də anadan olub. 2001-ci ildə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının meyvə-tərəvəzçilik və üzümçülük, 2003-cü ildə bitkilərin mühafizəsi ixtisasını bitirib.

2018-ci ildə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində Bitki sağlamlığı və fitosanitar nəzarət şöbəsinin Fitosanitar karantin nəzarətində olan materialların dövriyyəsinin tənzimlənməsi sektorunun, 2019-cu ildən isə Bitki sağlamlığı şöbəsinin Bitki sağlamlığının tənzimlənməsi sektorunun aparıcı məsləhətçisi olub, 2020-ci ildən Bitki sağlamlığı şöbəsinin Bitki sağlamlığı üzrə risklərin və böhran vəziyyətlərinin idarə edilməsi sektorunun müdiri vəzifəsini icra edib.

Qeyd edək ki, mərhum uzun sürən xəstəlikdən vəfat edib.

Allah rəhmət eləsin!