Qida zəhərlənməsi xarab və ya çirklənmiş qidaların qəbulu nəticəsində yaranan ciddi sağlamlıq problemidir. Yay aylarında daha çox rast gəlinən bu vəziyyət ürəkbulanmadan ishala qədər müxtəlif əlamətlərlə özünü göstərir.
Medicina.az xəbər verir ki, yay aylarında havaların temperaturunun yüksəlməsi ilə qida zəhərlənmələri daha çox olur.
Xarab və ya çirklənmiş qidaların qəbulu müxtəlif sağlamlıq problemlərinə səbəb ola bilər.
Açıq yerdə satılan, gigiyena qaydalarına riayət olunmayan və ya düzgün saxlanılmayan qidalar qida zəhərlənməsinin əsas səbəblərindəndir.
Qida zəhərlənməsi, tərkibində bakteriya, virus, parazit və ya toksinlər olan qida və içkilərin qəbulu nəticəsində yaranan sağlamlıq problemidir.
Ən çox görülən səbəblərə salmonella, E. coli, listeria və norovirus kimi mikroorqanizmlər daxildir. Bu qida xəstəlikləri, xüsusən də immun sistemi zəif olan insanlarda ciddi fəsadlara səbəb ola bilər.
Əlamətləri:
Qida zəhərlənməsinin simptomları adətən yedikdən bir neçə saat sonra görünür. Ancaq bəzi hallarda simptomlar 1-2 gün ərzində inkişaf edə bilər. Ən çox görülən simptomlara aşağıdakılar daxildir:
- Ürəkbulanma və qusma
- Qarın ağrısı və kramplar
- İshal
- Qızdırma və titrəmə
- Başgicəllənmə
- Halsızlıq
- Əzələ ağrıları
Ağır hallarda xəstəxanaya yerləşdirmə tələb oluna bilər. Uşaqlar, yaşlılar və hamilə qadınlar kimi risk qruplarında olan şəxslərin simptomları ciddi qəbul etməsi xüsusilə vacibdir.
Aygün
Medicina.az