Qışda niyə bütün günü yuxulu oluruq?

  • 2025.12.04 07:25
  • 61 Baxış
Qışda niyə bütün günü yuxulu oluruq?



Qışda səhərlər oyanmaqda çətinlik çəkirsiz, 3 fincan qəhvə belə enerji vermir?


Yəqin qışdır, soyuqdur deyib, özünüzü günahlandırmırsız. Günboyu yuxulu olmağınıza nələrsə səbəb olur və siz nəyisə səhv edirsiz.


“Medicina” xəbər verir ki, yuxusuzluq yalnız sağlamlıq riskləri (ürək-damar xəstəlikləri, diabet və depressiya) ilə əlaqəli deyil, həm də sizi kökəldir. Nə baş verir?


Yuxusuzluğa səbəb ola biləcək səkkiz səhv var.

Səhv 1. Özünü aldatma

Supermen kimi, gündüzlər ofisdə işləyərək və gecələr dünyanı xilas edərək yuxusuz yaşaya biləcəyinizi düşünürsünüz. Könüllü olaraq yuxudan imtina etmək düşüncə tərzi gecələr 7-9 saat istirahət daxil olmaqla normal yuxu-oyanma dövrünü pozur və lazımsız stressə səbəb olur. Nəticədə, gündüz-gecə bioritmlərimiz dəyişir və sağlam yuxunu bərpa etməyi çətinləşdirir.

Özünüzü yorğun hiss etməyinizə və tam bir gecə yatmağınıza icazə verin.

Səhv 2. Yataq otağında xaos

"Şüurumuz bizi əhatə edən hər şeyi izləyir." Xüsusi yuxu qulaqlıqları üçün patent sahibi Dr. Wei-Shin Lai deyir ki, yatmazdan əvvəl gördüyünüz son şey zibil və dağınıqlıqdırsa, düşüncələriniz xaotik olacaq. "Lazımsız şeylərdən qurtulmalısınız, amma əslində zehninizdəki bütün zibili təkrar emal edirsiniz." Yəqin ki, buna görə də narahat yatırsınız.

Nə etməli: Yataq otağınızdakı dağınıqlığı təmizləyin və yerinə lavanda vazası qoyun. Dr. Wei-Shin-ə görə, qurudulmuş çiçəklərin qoxusu bilinçaltını sakitləşdirir.

Səhv 3. Acqarına yuxuya gedirsiniz

Missuri Yuxu İnstitutunun direktoru Robert Aksman deyir ki, yatmazdan əvvəl azca yemək dərin və rahat yuxuya getməyinizə kömək edəcək. "Karbohidratlar xüsusilə faydalıdır, çünki onlar qanda insulin səviyyəsini artırır və yuxunu yaxşılaşdıran serotonin hormonunun istehsalını stimullaşdırır."

Nə etməli: Yatmazdan yarım saat əvvəl yarım porsiya makaron və ya tam taxıllı dənli bitkilər, yaxud bir çay qaşığı fıstıq yağı ilə tam taxıllı sendviç yeyin. Axşam qəlyanaltınız 150 kaloridən çox olmamalıdır.

Səhv 5: Yuxusuzluğu dərd etmirsiz

"İtirilmiş yuxunu kompensasiya edə bilmərik." Üstəlik, bu cür cəhdlər əslində sizi daha da yorğun hiss etdirə bilər. "Əgər bütün həftə 4-5 saat yatmısınızsa və həftə sonu 9-10 saat və ya daha çox yatmağa ümid edirsinizsə, bu səhvdir”.

"Bioloji saatınızı itirirsiniz və bədəninizin düzgün yuxu-oyanma dövrü qurmasına mane olursunuz."

Nə etməli: Hər gecə vaxtında yatmaq üçün mümkün olan hər şeyi edin. Həftəsonu səhərləri gec yatmağı sevirsinizsə, normal yuxu müddətinizi qorumaq üçün əvvəlki gecə daha gec yatın.

Aygün Musayeva