Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Qız uşaqlarına vurulan peyvəndin təsiri

  • 2024.02.01 15:10
  • 1101 Baxış
Qız uşaqlarına vurulan peyvəndin təsiri
Uşaqlıq boynu xərçənginə qarşı Gardasil 9 peyvəndi 9 HPV tipinə qarşı qorunmanı təmin edir: HPV 6, 11, 16, 18, 31, 33, 45, 52, 58. Bunlardan 3-ü qadınlarda xərçəngə səbəb ola bilir.

"Medicina" xəbər verir ki, uzman ginekoloq Nərmin Qəribova bu peyvəndin qızlara hansı yaşda vurulmasını açıqlayıb.

Gardasil 9 peyvəndi xüsusilə aktiv cinsi əlaqəyə başlamazdan öncə tətbiq edilməlidir:

ABŞ-nin Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzi 9 yaşından etibarən bu peynvəndin tətbiqini məsləhət görür. Peyvənd 15 yaşa qədər 2 doza, 15 yaşdan sonra 3 doza halında tətbiq edilməlidir..

Azərbaycanda bu peyvəndlər var, analar uşaqlara vurdura bilər.


Aygün Musayeva