Qız uşaqlarında vulvaginit və uşaqlıq yolu infeksiyaları – Analara xəbərdarlıq

  • 2023.04.19 14:58
  • 1827 Baxış
Qız uşaqlarında vulvaginit və uşaqlıq yolu infeksiyaları   – Analara xəbərdarlıq
Analar azyaşlı qızları adətən ginekoloji müayinəyə aparmağı özünə qəbahət bilir. Bununla da yetkinlik yaşında qızların infeksiyalarından xəbərləri olmur.

“Medicina” xəbər verir ki, vulvovaginit və ya kolpit iltihabi xəstəlik olub, vulva və uşaqlıq yolu divarlarının zədələnməsilə gedir.

Bu patologiyanın bəzi regionlarda daha çox rast gəlinməsi, əsasən qadınların şəxsi gigiyenasının zəif olmasından və tibb xidmətinin səviyyəsindən asılıdır.

Vulvovaginit ən çox yayılan ginekoloji xəstəliklərə aiddir. Bu patologiyaya bir yaşına qədər qız uşaqları, həmçinin yeniyetmə və klimakterik yaşda olan qadınlar meyllidir. Amma amillər olduqda, reproduktiv yaşda olan qadınlarda da vulva və vaginanın birgə iltihabı inkişaf edə bilər.

Xarici cinsiyyət üzvlərinin və uşaqlıq yolunun iltihabı, sidik yollarının infeksiyaları ilə – ardıcıl olaraq uretrit, sistit və pielonefritlə fəsadlaşa bilər. Uşaqlığın endometrial qişasının infeksion zədələnməsi ola bilər.

Bundan başqa, reproduktiv yaşlarda cinsi yolla keçən xəstəliklər uşaq doğmaya təsir edə bilir, cinsi partnyorlar və hətta uşaqlar üçün epidemik təhlükə yaradır.

Xəstəliyin həm qadınlarda, həm də qız uşaqlarında baş verməsinə əsas amillər aşağıdakılardır:

• yenidoğulmuş qızların qeyri-rasional gigiyenası (həddən artıq yuma, aqressiv gigiyenik vasitələrin tətbiqi, aralığın dəsmalla çox sürtülməsi);

• doğuşdan sonra ilk həftələrdə, pubertat dövründə, hamiləlik və klimaks vaxtı hormonal fonun dəyişilməsi;
• aralıq nahiyasinin bezlər sayəsində çox qızması
• yenidoğulmuşların sıx bələnməsi ilə əlaqədar olur;
• yerli soyuqdəymə;

• alt paltarlarının yuyularkən yaxşı yaxalanmaması;
• stres vəziyyətləri, nevrotik reaksiyalar;

• uzunmüddətli və qeyri-rasional antibiotikoterapiya;
• masturbasiyaya meyllilik;

• cinsi həyata başlayan zaman, əsas da deflorasiyadan sonra şəxsi gigiyena qaydalarına yaxşı əməl etmədikdə;
• infeksiyalara qarşı müqavimətin azalması;
• şəkərli diabet;

• pasientdə allergiyanın olması;

• qurd xəstəlikləri, həmçinin qurd sürfələrinin tropik sularda çimərkən uşaqlıq yoluna daxil olması;

• yenidoğulmuşlarda diareya sindromu, böyük uşaqların çirkli paltarlarda gəzməsi, tualet kağızından düzgün istifadə edilməməsi.


Buna görə də məktəbəqədər və məktəb yaşlı qız uşaqlarında vulvovaginitin inkişafında əsas mexanizm təkrar mikrotravmalar, cinsiyyət orqanlarının qeyri-rasional gigiyenası və qıcıqlandırıcı təsir göstərən fiziki-kimyəvi amillərdi.

Qız doğulandan sonra ilk həftələrdə qanda ananın estrogenləri dövr edir. Onlar uşaqlıq yolunun selikli qişasının funksiyalarına təsir edir, vaginal mühitin turşuluğunu dəyişir və cinsiyyət orqanlarının özünü təmizləməsinə səbəb olur. Tədricən hormonal sakitliyə keçmə şərti-patogen mikrobların aktivləşməsinə və bakterial vaginitin inkişafına gətirib çıxardır.

Qızlarda cinsi inkişafın başlanması ilə əlaqədar uşaqlıq yolunun selikli qişasının funksiyası dəyişir. Vəzlər vaginal mühiti turşlaşdıran və vulvovaginal nahiyəni laktobakteriyalar ilə zənginləşdirməyə kömək edən selik ifraz etməyə başlayır. Buna görə də disbioz, bakterial vaginoz və seliyin həddən artıq çox əmələgəlməsi ola bilər. Bütün bunlar çox vaxt vulvovaginitin inkişafına səbəb olur.

Günay Quliyeva