Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Qızdırma, qusma, ishal – 1 sutkadan çox davam edərsə…

  • 2025.08.07 18:48
  • 87 Baxış
Qızdırma, qusma, ishal  – 1 sutkadan çox davam edərsə…


Yayda, istidə daha çox yayılan, adətən dənizlə əlaqələndirilən, əslində isə virus xəstəliyi olan rotavirus uşaq və böyüklərdə eyni əlamətlər verə bilir.


“Medicina” xəbər verir ki, həkim terapevt Aqil Axundov rotavirus zamanı nə etməli olduğumuzu açıqlayıb.

“Qusma, qarın ağrısı, hərarət, ishal – rotarovirusun əlamətləridir. Bu simptomlar olsa da, 1 sutka gözləyə və bədənə dəstəkləyici sakitlik verə bilərsiz. Amma 1 sutkadan sonra da qızdırma, qusma davam edərsə, həkimə getmək mütləqdir.

1-2 qan analizi vermək və həkimin müayinəsindən keçməklə, itirilmiş bədən mayesinin bərpası üçün sizə sistem təyin olunacaq, ishalı kəsmək üçün tədbirlər görüləcək.

Xəstəni bu halda yedizdirməyə çalışmayın. Çünki qida qəbulu davam etdikcə, həm qusma, həm ishal dayanmauyacaq.

Gözləmək yox, həkimə müraciət etmək, xəstəlik müddətini azaldacaq”.


Aygün Musayeva