Qızılcadan ölən uşaqla bağlı rəsmi açıqlama

  • 2024.02.08 16:19
  • 674 Baxış
Qızılcadan ölən uşaqla bağlı  rəsmi açıqlama


Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Astarada altı yaşlı uşağın qızılcadan ölməsi barədə açıqlama verib.


"Medicina" xəbər verir ki, rayonun Maşxan kənd sakini, 2018-ci il təvəllüdlü azyaşlıya (kişi cinsli) Astara Rayon Mərkəzi Xəstəxanasının müvafiq şöbələrində müayinə və analizlərdən sonra qızılca diaqnozu qoyulub:

“Ona müvafiq tibbi xidmətlər göstərilib, profilaktik infuziya tətbiq edilib və xəstədə ağır əlamətlər müşahidə olunmadığından ambulator müalicə üçün evə buraxılıb.

08.02.2024-cü il tarixində xəstəxananın Təcili tibbi yardım şöbəsinə daxil olan çağırış əsasında təhkim olunan briqada tərəfindən çağırış ünvanında azyaşlının həkiməqədər ölüm faktı qeydə alınıb. Xəstənin anamnestik və reyestr məlumatlarına əsasən, qızılcaya görə peyvənd olunmadığı məlum olub”.