Qızmar isti beyini qurudur?

  • 2023.08.18 16:44
  • 1879 Baxış
Qızmar isti beyini qurudur?

Son günlərin isti havaları ürək-damar və beyin xəstəliklərini tətikləyə bilər.

"Medicina" xəbər verir ki, alimlər anomal istilərin kasıb əhali və yaşlı insanların beyin sağlamlığı üçün təhlükəli olduğunu müəyyən edib.

Belə ki, ABŞ_da yoxsul məhəllərdə yaşayan 60 yaşdan yuxarı təqaüdçülərin beyninin koqnitiv funksiyası yaşlı zəngin insanlara nisbətən zəifləyib.

Alimlər bunun səbəbni varlıların həyətində daha çox yaşıllıqların, bitki, su, hovuz, kölgəlik olması ilə izah edib.

İsti hava orqanizm üçün stresdir. İsti mühitdə, gün altında qalan yaşlı insanların koqnitiv funksiyaları zəifləyir. Onlar vaxtında həkimə də gedə bilmir. Belə havanı normal keçirmək üçün şərait komfortu olmalıdır. Bu da əksər təbəqədə yoxdur.

Aygün Musayeva