Ömrünü 30% uzadan qocalma əleyhinə dərman hazırlanıb.
“Medicina” xəbər verir ki, London Universitet Kollecinin alimləri iki şiş əleyhinə preparatın - rapamisin və trametinibin kombinasiyası siçanların ömrünü əhəmiyyətli dərəcədə uzatdığını və qocalıqda onların sağlamlığını yaxşılaşdırdığını sübut ediblər.
Tədqiqatın nəticələri insanlarda aktiv uzunömürlülüyü uzatmaq üçün bu dərmanlardan istifadə perspektivini açır.
Ayrı-ayrılıqda, rapamisin ömrü 15-20%, trametinib 5-10% uzadır. Ancaq birlikdə onlar ömrünü təxminən 30% artırırlar, bu da nəticələrin sadə əlavəsini aşan sinerji effekti göstərir.
Üstəlik, kombinasiya müalicəsi alan qocalmış siçanlarda toxumalarda və beyində xroniki iltihabın əhəmiyyətli dərəcədə azalması, xərçəngin inkişafının ləngiməsi və dərmanların ayrıca istifadəsi ilə müqayisədə heç bir əlavə yan təsir müşahidə edilməmişdir.
Rapamisin və trametinib qocalma ilə əlaqəli siqnal şəbəkəsinin müxtəlif hissələrinə təsir göstərir.
Gen ifadəsi təhlili göstərdi ki, dərmanların birləşməsi gen aktivliyini hər bir dərmandan fərqli olaraq dəyişir. Bu, yalnız birlikdə istifadə edildikdə yaranan yeni, unikal mexanizmlərin mövcudluğunu göstərir.
Hər iki dərman artıq xərçəngin müalicəsi üçün təsdiqlənib. Trametinib xüsusilə maraqlıdır: əvvəllər onun ömrü uzatmaq qabiliyyəti yalnız milçəklər üzərində aparılan təcrübələrdə təsdiqlənirdisə, indi bu, ilk dəfə məməlilərdə sübuta yetirilib.
Aygün Musayeva