Qollarda uyuşmanın səbəbləri – Hansı halda təhlükəlidir?

  • 2023.04.07 14:48
  • 6003 Baxış
 Qollarda uyuşmanın səbəbləri  – Hansı halda təhlükəlidir?
Qol uyuşması zamanı hissiyyat itkisi baş verir. Bu hal qollarda olduğu kimi barmaqlarda da ola bilər.

“Medicina” xəbər verir ki, qolda uyuşma bir nahiyyədəki sinirlərə qan axınını pozulmasına səbəb olur.

Bundan əlavə, əgər əldə iltihab, şiş və ya titrəyiş varsa, o da uyuşmaya gətirib çıxaracaq. Lakin əldə baş verən uyuşma böyük, ciddi bir xəstəlik əlaməti hesab edilə bilməz.

Qolda olan uyuşma gün ərzində çox narahatlıq yaratmaz, gecə isə fərqli ola bilər. Şəxs əlindəki vəziyyətdən fərqli olaraq, qolunda sanki quruma, iflic hissi görür. Bu vəziyyət bir neçə dəqiqədən artıq davam etsə, həkimə müraciət etməlidir.

Qol uyusmasi zehni bulanıqlıq, insult, qol və ya əldə güc itkisi, nitq pozulması ilə müşahidə olunarsa, dərhal təcili yardıma xəbər verilməlidir.

Qol uyusmasinin ortopedik səbəblərindən biri sinirlərin ciddi zərər görməsi ilə bağlıdır.

Digər səbəblərə daxildir :

- Sümük qırılması
- Diskin yirtiğı
- Boyundakı degenerativ dəyişiklik, ostexondroz
- Sümük əriməsi (osteoparoz)
- Boyun zədələnməsi.

Qol uyuşmalarının nevroloji səbəblərinə daxildir:

- Həddindən artıq spirt istifadəsi
- Ağır metal zəhərlənməsi
- Diabet səbəbiylə sinir zədələnmələri
- Hormonal pozulmalar
- Onurğa beyni zədələnməsi
- Skleroz xəstəliyi
- Periferik sinir zədələnməsi
- Vitamin B12 çatışmazlığı
- Nevroloji xəstəliklərə bağlı onurğanın iltihabı


Günay Quluzadə