Qonşu ölkədə 75 nəfər mutant virusuna yoluxdu

  • 2021.03.27 10:49
  • 1705 Baxış
Qonşu ölkədə 75 nəfər mutant virusuna yoluxdu

Gürcüstanda koronavirusun mutasiya etmiş ştammına 75 yoluxma halı təsdiqlənib.

Medicina.az xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze bildirib.

Onun sözlərinə görə, faktların 16-sı Britaniya ştammına aiddir.

A.Qamkrelidze Gürcüstanda Cənubi Afrika və Braziliya ştammlarına yoluxmalara rast gəlinmədiyini qeyd edib.