Qonşu ölkədə virusdan ölənlərin sayı 62 mini ötdü

  • 2021.01.11 12:22
  • 1409 Baxış
Qonşu ölkədə virusdan ölənlərin sayı  62 mini ötdü

Rusiyada son bir gündə daha 23 315 nəfərə COVID-19 diaqnozu qoyulub.

Medicina.az xəbər verir ki, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 3 425 269 nəfərə çatıb.

Ölkədə virusdan ölənlərin sayı isə daha 436 nəfər artaraq 62 273-ə yüksəlib.

Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 2 800 675 nəfər sağalıb.