Qonşu ölkədə yoluxanların 90 faizində “Hindistan ştammı” tapılıb

  • 2021.06.17 12:01
  • 1624 Baxış
Qonşu ölkədə yoluxanların 90 faizində “Hindistan ştammı” tapılıb

Mütəxəssislərin fikrincə Rusiyada koronavirusa yoluxmanın iyun ayında pik səviyyəyə çatmasının səbəbi ölkəyə nüfuz edən “Hindistan ştammı” (“Delta” variantı) ilə əlaqədardır.

Medicina.az xəbər verir ki, bu barədə “İzvestiya” yazır.

Bildirilir ki, “Delta” variantı may ayında əldə edilmiş nümunələrin yarısından çoxunda (52 faiz), iyun ayında isə 90 faizindən çoxunda müəyyən edilib.

Alimlərin fikrincə, virusun bu variantı son dərəcə sürətlə yayılır. Bunun səbəbi kimi onun insandan-insana daha asan ötürülməsi və ya anticismlərdən daha yaxşı müdafiə olunması göstərilir.