Gürcüstanda ötən sutkada koronavirusa 1 160 yeni yoluxma halı qeydə alınıb, 1 302 nəfər müalicə olunaraq sağalıb.
Medicina.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.
Hazırkı dövrədək qonşu ölkədə COVID-19-a 333 601 nəfər yoluxub, onların 313 651-i sağalıb.
Son 24 saat ərzində xəstəlikdən daha 20 nəfər vəfat edib və ümumi ölüm sayı 4 519-a yüksəlib.