Qonşu ölkələrdə koronavirusla bağlı son vəziyyət

  • 2020.08.17 12:51
  • 2775 Baxış
Qonşu ölkələrdə koronavirusla bağlı  son vəziyyət

Rusiyada son sutka ərzində daha 4 892 nəfərdə COVID- 19-a yoluxma faktının aşkarlanması ilə yoluxanların ümumi sayı 927 min 745-ə çatıb.

Medicina.az xəbər verir ki, bu barədə Rusiya hökumətinin koronavirusla mübarizə üzrə operativ qərargahının internet saytında açıqlama verilib. Bildirilib ki, ölkə üzrə aktiv koronavirus xəstələrinin sayı 175 min 904 nəfər təşkil edir.

Ötən gün ərzində xəstəlik səbəbindən daha 55 nəfərin həyatını itirməsi ilə ölüm hallarının sayı 15 min 740-a çatıb. Ümumilikdə 736 min 101 pasiyent isə sağalaraq evinə buraxılıb.

Gürcüstanda son sutka ərzində daha 5 nəfərdə koronavirus aşkarlanıb, ölən olmayıb.

Bu barədə Gürcüstanda koronavirusla mübarizə çərçivəsində yaradılmış “Stopcov.ge” internet portalında məlumat verilib.

Bildirilir ki, ölkədə yoluxanların sayı 1 341-ə yüksəlib, virusdan ölənlərin sayı isə 17-dir.

Ermənistanda sutka ərzində daha 38 nəfərdə koronavirusa yoluxma faktı aşkarlanıb.

Bu barədə ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzin saytında məlumat verilib. Yoluxanların ümumi sayı 41 701-ə çatıb.

Xəstəlik səbəbindən həyatını itirənlərin sayı daha 6 nəfər artaraq 824-ə çatıb. Ümumilikdə 34 655 pasiyent müalicə olunaraq sağalıb, 5 978 xəstənin müalicəsi davam etdirilir.

Qeyd edək ki, Ermənistanda epidemiyaya görə martın 16-dan etibarən tətbiq olunan fövqəladə vəziyyət rejimi 11 sentyabra qədər uzadılıb.