Qorxuya qalib gəlməyin yolu - Onunla "yatın"

  • 2023.06.06 20:20
  • 2129 Baxış
Qorxuya qalib gəlməyin yolu   - Onunla "yatın"
Amerika alimləri müəyyən ediblər ki, yuxu zamanı “fobiya qoxusu” qorxuları müalicə etmək üçün istifadə edilə bilər.



“Medicina” xəbər verir ki, Çikaqodakı Şimal-Qərb Universitetinin tədqiqatçıları bir qrup könüllüyə qorxularını müəyyən qoxularla əlaqələndirək üçün təlim keçiblər. Məsələn, lavanda qoxusu insanda yüksəklik qorxusuna, vanil qoxusu isə hörümçək qorxusuna səbəb olub.


Tədqiqatın ikinci mərhələsində könüllülər yuxuda eyni "təhlükəli qoxular”la nəfəs alıblar. Ertəsi gün səhər onlarda fobiyalarının şiddəti daha az nəzərə çarpırdı, bu, müəyyən şəkillərin nümayişi ilə təsdiqləndi.


Tədqiqatın müəllifi Katerina Haunerin sözlərinə görə, əgər əvvəllər elm adamları yuxuda yaddaşa və motor bacarıqlarına necə təsir etməyi öyrəndilərsə, ilk dəfə olaraq sübut olundu ki, eyni vəziyyətdə insan duyğularını yuxuda manipulyasiya etmək mümkündür.


Tədqiqatçılar hesab edirlər ki, daha əhəmiyyətli, həyata ciddi təsir edən qorxular da yeni texnikadan istifadə edilməklə həll oluna bilər. Amma bu zaman fobiyaların müalicəsi tədricən baş verəcək.
Hər yeni oyanışla insan daha az qorxu hiss edə bilər.

Aynurə Məmmədova