Qoturluq – psixoloji də ola bilər

  • 2024.04.24 19:50
  • 539 Baxış
Qoturluq – psixoloji də ola bilər

Qoturluq yüksək yoluxucu xəstəlikdir.

Hətta deyilənə görə, qaşınan adama baxanda da adamı qaşınma tutur.


“Medicina” xəbər verir ki, alimlər qaşınmanın psixoloji fenomen olduğunu da sübut edib.
Əgər zalda bir iki nəfər qaşınarsa, bütün zal heç bir səbəb, allergik qıcıqlandırıcı olmadan qaşına bilər.

Beləliklə, qoturluğun psixoloji yoluxuculuğu da var.

Necə ki, əsnəmək insandan insana keçir, eləcə də qaşınma hissi vizual olaraq ötürülə bilər.

Eksperimentdə iştirakçılara möhkəm qaşınan adamların sadəcə videosu izlədilib.

Nəticədə izləyənlərdə qaşınma istəyi oyanıb.

Şimali Karoline universitetinin alimləri bunun səbəbini beynin hiperhəssaslığı ilə izah edib.

Beyin başqasının hərəkətinə reaksiya verir və dəri qaşınması avtomatik beynin dəriyə qaşınma siqnalı verməsinə səbəb olur.

Sadəcə bu siqnallar düzgün interpretasiya olunmur.


Bu limonu görəndə yemədən ağzın büzüşməsi kimidir.

Aygün Musayeva