Qrip olanda bu 2 qidanı yeyin – Alman həkim

  • 2022.11.24 14:47
  • 3385 Baxış
Qrip olanda bu 2 qidanı yeyin  – Alman həkim

Sink, vitamin C ilə zəngin qidalar orqanizmin virus və soyuqdəymədən tez sağalmasına yardım edir.

“Medicina” xəbər verir ki, alman dietoloq Emi Qudson qrip zamanı faydalı 2 qidanı açıqlayıb.

“Xəstəlik zamanı immunitet sərbəst radikal, toksin və hüceyrə ölümünə görə zəifləyir. Sərbəst radikallarla mübarizə aparan isə antioksidantlardır.

“Flavanoidlər, antosian və karotonoidlər sərbəst radikallarla mübarizə aparır. Flavanoidlər giləmeyvələr, kələm, nar, üzüm, xurmada olur, karotinoidlər isə sarı, narıncı qidalarda.

Vitamin C isə ispanaq, limon, kivi, bolqar bibərində çoxdur.

Sink immuniteti möhkəmlədir. Sink isə mal əti, qoz və süd məhsulunda var.

Ona görə də qrip zamanı təbii yoqurt, kefir və 3-4 ədəd xurma, eləcə də kivi yesəniz, immun sistemi bərpa edə bilərsiz.
O ki qaldı çaya. Qrip zamanı qara çay yox, kompot, itburnu dəmləməsi, bol su və yaşıl çay içməlisiz”

Aygün Musayeva