Qrip zamanı qəhvə içmək olmaz – Terapevt

  • 2023.11.02 17:59
  • 1515 Baxış
Qrip zamanı qəhvə içmək olmaz  – Terapevt

Soyuqdəymə və qrip zamanı vərdiş etdiyiniz qida və içkiləri dəyişmək lazımdır.


“Medicina” xəbər verir ki, terapevt Anna Simbirçiva qəhvə qadağasından danışıb.

“İnsan xəstələnəndə iştahı azalır, heç nə yemək istəmir. Çarə içkilərə qalır. Bir çox həkimlər bulyon, bir çoxları zəncəfil çayı, bəziləri isə adi su tövsiyə edir.

Virus və bakteriyalarla mübarizə üçün orqanizmə qidalı maddələr lazımdır. Ən vacib şərt bol maye qəbuludur.

Bu həm bitki çayı, həm su, həm bulyondur. Əgər allergiyanız yoxdursa, isti içkilərə bal əlavə edə bilərsiz.

Bununla belə qəhvə və kofein tərkibli içkilərdən uzaq durmaq lazımdır. Çünki onlar sidiyi qovur, orqanizmi susuzlaşdırır.

Alkoqol da sağalmağı gecikdirir, immuniteti zəiflədir.

Vitamin C ilə zəngin təkcə limon, portağal deyil, digər sitruslarda və tərəvəzlərdə də var: qırmızı bibər, pomidor, kivi, brokkoli, kələm, göyərti.

Xəstəlik vaxtı antioksidantlarla zəngin qidalar seçin. Yeməyə iştaha yoxdursa, bunlardan smuzi hazırlayıb rahat içə bilərsiz.

Aygün Musayeva