Qripdən xilas ola bilməyənlər üçün dərmandan daha effektli meyvə

  • 2024.03.05 12:20
  • 669 Baxış
Qripdən xilas ola bilməyənlər üçün dərmandan  daha effektli meyvə
İmmunitet sistemimizin zəif olması bir çox xəstəliklərə yoluxma riskimizi artırır. Xüsusilə də qriplə mübarizə əvvəlki illərlə müqayisədə daha uzun çəkir.

Medicina.az xəbər verir ki, qreypfrut mövsüm keçidlərində qrip və soyuqdəymədən qorunmaq istəyənlər üçün ən vacib meyvədir. Bu meyvə sayəsində heç bir dərmana və qida əlavəsinə ehtiyac olmadan immuniteti gücləndirmək mümkündür.

Çünki orqanizmin zəifləməsinin ən böyük səbəblərindən biri C vitamini çatışmazlığıdır. Bu çatışmazlıq tez xəstələnməyə və yorğunluğa səbəb olur. C vitamini ilə zəngin qidaların qəbulu orqanizmin xəstəliklərə qarşı müqavimətini artırmağın ən faydalı yoludur. Qreypfrutun tərkibindəki yüksək miqdarda C vitamini bədəni sərbəst radikallardan qoruyur və immunitet sisteminin düzgün işləməsinə kömək edir.

Boğaz infeksiyası, tənəffüs problemləri və burun axması zamanı da qreypfrut təsirli olacaq. Çünki dözümlü bədən bir çox xəstəliyə qalib gələ bilər.

Həzm sisteminə müsbət təsir göstərən qreypfrut bağırsaq sağlamlığını da yaxşılaşdırır. Bu meyvə bağırsaqdakı zərərli mikroblara və infeksiyalara qarşı da mübarizə apara bilir.

Bundan əlavə, qreypfrutun tərkibindəki vitaminlər və minerallar ümumi sağlamlığı dəstəkləyir. Xüsusilə A vitamini tənəffüs yollarının selikli qişasını qoruyur. Qreypfrutun tərkibində tənəffüs yollarını rahatlaşdıran efir yağları da var.

Qreypfrut aşağı qlisemik indeksli meyvə kimi qan şəkərinin səviyyəsinə mənfi təsir göstərmir.

Mütəxəssislər qreypfruta acı dad verən “naringin” adlı komponentin şəkərli diabet xəstəliklərində müalicəvi funksiyaya malik olduğunu bildirirlər.


Gül