Qripəbənzər simptomlar infarktdan xəbər verə bilər

  • 2022.10.04 13:22
  • 1406 Baxış
Qripəbənzər simptomlar infarktdan  xəbər verə bilər

Qış aylarında qripə bənzər simptomlar bəzən ürək xəstələrini təhlükəyə atır.

"Medicina" xəbər verir ki, Klivlend klinikasının məlumatına görə, gizli sakit infarkt çox vaxt qrip simptomu kimi başlaya bilir.

Məsələn, sanki qripdəki kimi əzələ ağrısı, güclü yorğunluq, kürəkdə yüngül ağrı, mədə həzm pozulması infakrtdan ola bilər.

İnfarkt zamanı öskürək də olur.

Qripin isə simptomları belədir:

- Yüksək və artan hərarət
- Baş ağrıları
- Quru öskürək
- İştah itkisi
- İshal, ürəkbulanma

Simptomlar oxşar olduğu üçün xəstə, xüsusən yaşlılar vaxt itirməməlidirlər.
Qrip gözlədikləri yerdə infarktla üz-üzə ola bilərlər.

Hərarət qalxmadan yuxarıdakı əlamətlər varsa, ürək tutmasından şübhələnmək olar.

Çünki infarkt zamanı da tərləmə, baş hərlənmə, qusma olur.

Eləcə də sinədə xışıltı yaranır.


Aygün Musayeva