Qripə yoluxan Roma Papasının bütün görüşləri ləğv edildi

  • 2024.02.24 20:28
  • 607 Baxış
Qripə yoluxan Roma Papasının bütün görüşləri ləğv edildi
Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransiskin səhhətindəki problemlə əlaqədar olaraq bütün görüşləri ləğv olunub.

Medicina.az xəbər verir ki, bu barədə Vatikanın mətbuat xidməti məlumat yayıb.

Əlavə təfərrüatlar verilməyən qısa açıqlamada, Papa Fransiskin yüngül qripə yoluxduqdan sonra ehtiyat tədbiri olaraq şənbə gününə planlaşdırılan bütün görüşlərinin və tədbirlərinin ləğv edildiyi bildirilib.

Fransisk bu gün səhər saatlarında Roma dyakonları ilə görüşməli idi. Vatikanın sözçüsü Matteo Bruninin sözlərinə görə, Papanın bazar günləri keçirilən ənənəvi “Angelus” duasında iştirak edib-etməyəcəyi isə məlum deyil.

Qeyd edək ki, 87 yaşlı Fransisk bu il iki dəfə xəstəxanaya yerləşdirilib.