Qripə yoluxma riskini 100 dəfə aşağı salan sirr tapıldı

  • 2022.12.22 11:20
  • 2437 Baxış
Qripə yoluxma riskini  100 dəfə aşağı salan sirr tapıldı
Həkim allerqoloq qripə yoluxmamağın sirrini açıqlayıb.

Əgər insanlar qripin aktiv aylarında maska taxsalar, bu yoluxmanı 100 dəfə azaldar.

Bakupost.az xəbər verir ki, bu barədə immunoloq Vladimir Bolibok deyib.

“Əgər insan sağlamdırsa və qrip vaksini vurdurmayıbsa, maska taxdıqda, 20 dəfə risk azalır.

Əgər qripə yoluxmuş şəxs maska geysə, ətrafdakıları 5 dəfə az yoluxdurmuş olar.

Üstəlik həm yoluxanın, həm sağlamın ağız, burnunu maska örtərsə, yoluxma 100 dəfə düşür. Necə ki, koviddən qorunmağın yolu maska idisə, qripdə də eynidir.

Qrip epidemiyasında hər kəs maska taxmalıdır. Hazırda Rusiyada H1N1 donuz qripi də yayılır, ona görə maska vacibdir”.

Aygün Musayeva