Qripin beyinə təsir edib Alsgeymer yarada biləcəyi açıqlandı

  • 2023.01.31 19:04
  • 1873 Baxış
Qripin beyinə təsir edib Alsgeymer yarada biləcəyi    açıqlandı

Son zamanlar insanların ard-arda kovid, qriplərə yoluxması beyində bir çox xəstəliklərin inkişafını artıra bilər.

“Medicina” xəbər verir ki, nevroloq Qalina Çudinskaya keçirilmiş ağır qripin Alsgeymer və Parkinson yarada biləcəyini istisna etməyib.

Hər iki xəstəlik demensiyanın formalarıdır, beyində struktur dəyişikliyi gedir, yaddaş və koqnitiv davranış pozulur.
Amerika tədqiqatçıları infeksiyaların, xüsusən qripin neyrodegenerativ patologiyalar yarada bilməsini sübut edib.

“Baxmayaraq ki, virusların neyrodegenerativ xəstəliklər riskini artırdığı təxmin edilir, amma birbaşa olaraq Alsgeymerə səbəb olması elmi sübut olunmayıb.

Alimlər ağır keçən kovid və qripdən sonra demensiyanın baş verməsinə yanaşıb.

İş ondadır ki, qripi ağır keçirənlər immun sistemi zəif olanlardır. Öz növbəsində elə əvvəldən immuniteti zəif olanlarda neyrodegenerativ xəstəliklər yaranır. Çünki orqanizmdə iltihabi proseslər güclü olur.

Ona görə də qripi vaxtında müalicə etmək, ağırlaşmasına imkan verməmək, infeksiyanı ayaq üstə yox, sakit, yataq rejimində keçirmək lazımdır. Qızdırmalı halda ayaq üstündə qalmaq, gəzmək olmaz.

Və ildə 1 dəfə nevroloq müayinəsindən keçin”.

Aygün Musayeva