Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Quba xəstəxanasında ilk dəfə Çənə sınığı əməliyyat edildi

  • 2024.02.28 19:18
  • 861 Baxış
Quba xəstəxanasında ilk dəfə    Çənə sınığı əməliyyat edildi


Quba Rayon Mərkəzi Xəstəxanasında ilk dəfə çənə sınığının açıq reduksiyası əməliyyatı icra olunub



"Medicina" xəbər verir ki, 42 yaşlı pasiyent üzərində həyata keçirilən əməliyyat üz-çənə cərrahı Vəlican Abbasov, rekonstruktiv-plastik cərrah Tərlan Hacızadə və həkim-reanimatoloq-anestezioloq Paşa Məmmədovun iştirakı ilə icra olunub. 3 saata yaxın davam edən əməliyyat uğurla başa çatıb və xəstənin hazırkı vəziyyəti qənaətbəxş qiymətləndirilir.

Qeyd edək ki, xaricdə təhsil alan və daha əvvəl Bakıda özəl tibb müəssisələrində çalışan Dr. Vəlican Abbasov və Tərlan Hacızadə 08.02.2024-cü il tarixindən etibarən Quba Rayon Mərkəzi Xəstəxanasının Travmatoloji Mərkəzində fəaliyyətə başlayıblar.


Məlumat üçün bildirək ki, yeni yaradılan Regional Travmatoloji Mərkəzdə region üzrə - Quba, Xaçmaz, Qusar, Şabran və Siyəzən rayonlarının əhalisinə ixtisaslaşdırılmış tibbi xidmət, o cümlədən müvafiq profil üzrə mürəkkəb klinik hallar zamanı konsultativ-diaqnostik yardım göstərilir.


Mərkəzin fəaliyyətinin əsas məqsədi regionda yaşayan əhalinin müvafiq profil üzrə ixtisaslı tibbi xidmətə əlçatanlığının təmin edilməsidir.
İndiyədək yalnız paytaxtda fəaliyyət göstərən ixtisaslaşmış tibb müəssisələrində icrası mümkün olan bir sıra mürəkkəb travmatoloji əməliyyatlar artıq bu mərkəzdə də həyata keçirilir.