Quba xəstəxanasında ilk dəfə onurğa əməliyyatı

  • 2024.04.09 14:44
  • 805 Baxış
Quba xəstəxanasında ilk dəfə   onurğa əməliyyatı

Quba Rayon Mərkəzi Xəstəxanasının Regional Travmatoloji Mərkəzində ilk dəfə 28 yaşlı pasiyent üzərində həyata keçirilən fəqərəarası disk yırtığı əməliyyatı uğurla başa çatıb.


"Medicina" xəbər verir ki, verilən xəbərə görə, bir neçə ay bundan əvvəl xəstəxananın nəzdində fəaliyyatə başlayan Regional Travmatoloji Mərkəzdə həyata keçirilən bu əməliyyat neyrocərrah Fariz İsgəndərov, rekonstruktiv-plastik cərrah Tərlan Hacızadə və həkim-reanimatoloq-anestezioloq Paşa Məmmədov tərəfindən icra olunub.


Məlumat üçün bildirək ki, yeni fəaliyyətə başlayan Mərkəzdə bu sayca 124-cü travmatoloji əməliyyat hesab edilir.

Qeyd edək ki, bu günədək bu cür travmatoloji əməliyyatlara görə bölgə əhalisi daha çox paytaxtda fəaliyyət göstərən ixtisaslaşmış tibb müəssisələrinə müraciət edirdi. Artıq bu cür mürəkkəb travmatoloji əməliyyatların Quba Regional Travmatoloji Mərkəzində də icrası mümkündür.

Quba Rayon Mərkəzi Xəstəxanasının nəzdində yaradılan Regional Travmatoloji Mərkəzdə region üzrə - Quba, Xaçmaz, Qusar, Şabran və Siyəzən rayonlarının əhalisinə ixtisaslaşdırılmış tibbi xidmət, o cümlədən müvafiq profil üzrə mürəkkəb klinik hallar zamanı konsultativ-diaqnostik yardım göstərilməyə davam etdirilir.