Qucaqlaşmaq və massaj sağlamlığı artırır

  • 2023.05.25 16:55
  • 2272 Baxış
Qucaqlaşmaq  və massaj sağlamlığı artırır
Qucaqlaşmaq, əl-ələ tutmaq, masaj etmək sağlamlığımız və rifahımız üçün inanılmaz faydalıdır.


“Medicina” xəbər verir ki, sevilən birinin sizi qucaqlaması, sığallaması, əlindən tutması fiziki təmasdan daha dərin və vacib bir hissdir.

Bunlar beyin fəaliyyətinə təsir edir, psixikanın sabitləşməsinə və sosial münasibətlərin qurulmasına kömək edir.
Qucaqlaşmağın və fiziki təmasın orqanizmə faydaları:


1. Qucaqlaşmaq - stressi azaldır.

Bədəndəki stress hormonu kortizolun səviyyəsini aşağı salmaq üçün sevgiliniz və ya yoldaşınızın sizi 10 dəqiqə qucaqlaması kifayətdir. Bunu edəcək heç kim yoxdursa, özünüzü qucaqlaya bilərsiniz.


Alimlər sübut edib ki, hər gün sevdiyiniz insanla qucaqlaşsanız, iki həftədən sonra qanda xroniki iltihabın göstəriciləri azalacaq. Daimi qucaqlaşmalar qan təzyiqini aşağı salır, infeksiyalardan qoruyur və əhval-ruhiyyəni yaxşılaşdırır.


2. Zərif sığallama ağrıları aradan qaldırır. Bu yaxınlarda aparılmış başqa bir araşdırmanın müəllifləri sığallama və incə bir toxunuşun körpələrə dabandan qan testi apararkən ağrının öhdəsindən gəlməyə kömək edə biləcəyini yoxlayıblar.

Toxunulmayan körpələrlə müqayisədə, sığallanan körpələrdə ağrı hissi ilə əlaqəli beyin bölgələrində aktivlik azalıb. Üstəlik, iynəyə o qədər də kəskin reaksiya verməyiblər.

3 .Qorxu və narahatlıq hissi varsa, əl - ələ tutun.

Tədqiqat göstərib ki, sevilən birinin əli qorxu və narahatlığı ən effektiv şəkildə aradan qaldırır.

4. Masaj möcüzələr yaradır – Masaj stressi, ağrıları aradan qaldırır və rahatlamağa kömək edir. Bu onunla bağlıdır ki, dəriyə və altındakı toxumalara təzyiq tətbiq edildikdə parasimpatik sinir sisteminin fəaliyyəti artır.

Aynurə Məmmədova