Həkim qulaqdan görün nələr çıxartdı: Kəpənək, batareya... - VİDEO

  • 2021.05.06 15:19
  • 2201 Baxış
Həkim qulaqdan görün nələr çıxartdı:  Kəpənək, batareya... - VİDEO
Türkiyəli həkim Ali Fuat Şaşoğlu xəstələrin qulaqlarından ağcaqanad, qarışqa, qulaqcıq rezini, muncuq və s. kimi maddələrin çıxartdığını deyib.

Medicina.az xəbər verir ki, Ali Fuat Şaşoğlu 17 illik fəaliyyəti boyu insan qulağına girən maddələr haqqında məlumat verib:

“Qulaq sağlamlığının qorunması çox önəmlidir. Qulaqdakı yabancı cisimləri canlı və cansız olaraq ikiyə ayırmaq lazımdır. Qulaqdakı cisimlər bilmədən giribsə, bu adətən qəzaya olan ya da canlı heyvanlardır. Digəriləri isə insanlar qulaqlarını qarışdırarkən qaça bilər. Bunlar qulaq yolunu keçib, qulaq zərinə doğru gedibsə, zərdə deşik, üz sinirlərində zərər, eşitmənin itirilməsi və baş dönməsinə səbəb ola bilər. Qulağa qaçan maddələr içərisində ən təhlükəlisi saat batareyalarıdır. Həmçinin, xəstələrdən birinin qulağından kəpənək çıxartdım. Doğurdan da böyük bir kəpənək idi. Ağcaqanad, qarışqa çox tez-tez qarşılaşdığımız canlılardır”.