Qulaq tıxanıqlığının səbəbi böyrək çatışmazlığı ola bilər

  • 2020.09.22 12:25
  • 2104 Baxış
Qulaq tıxanıqlığının səbəbi   böyrək çatışmazlığı ola bilər
İstanbulda yaşayan, tərcüməçi işləyən Aslı Köklünün qulaq tıxanıqlığının səbəbi böyrək xəstəliyi olub.

Medicina.az həmin xəbəri təqdim edir:

Xəstə 11 il əvvəl "saqqız çeynə keçəcək" deyilməsinə baxmayaraq ağrılarının daha da artmasından sonra başqa bir həkimə gedib. Ağrıları ilə bağlı təhlillər aparıldıqdan sonra qadında böyrək xəstəliyinin olduğu üzə çıxıb. Dəfələrlə həkimə gedən qadın 10-na yaxın müxtəlif antibiotiklər qəbul edib. Amma bu heç bir nəticə verməyib.

Uzun müddət davam edən qulaq tıxanması problemlərə səbəb olur


Bu böyrək xəstəliyi olmasına baxmayaraq yuxarı nəfəs yollarını da tutur. Bu xəstəlik oxşar damar quruluşlarına sahib olduğu üçün həm yuxarı tənəffüs yollarını, həm də alt tənəffüs yollarını eləcə də böyrəklərə təsir edir. Həkimin dediklərinə görə, xəstə qulaq tıxanıqlığından böyrək yetməzliyinə qədər olan bir müddətdə idi. Amma müalicəyə başladıqdan sonra heç bir dializ ehtiyacı olmadı. Böyrək funksiyaları artıq normal işləməyə başlayıb.

Milyonda 2 nəfərdə rast gəlinir

Milyonda 1-2 nəfərdə bu xəstəliyə rast gəlinir. Yuxarı tənəffüs yollarını tutan, uzun müddət davam edən, diaqnozu qoyulmamış xəstələrdə bu hal nəzərdə saxlanılmalıdır. Sidik rəngində də hanmsısa dəyişiklik olarsa diqqətli olmaq lazımdır.