Qulaqcıqlar yeniyetmələrdə eşitmə itkisi yaradır

  • 2022.11.17 15:42
  • 343 Baxış
 Qulaqcıqlar yeniyetmələrdə eşitmə itkisi yaradır


Ümumdünya Səhiyyə Təşkilatı qulaqcıqların eşitməyə təsiri ilə bağlı araşdırma hazırlayıb.

Hazırlanan araşdırmada ingilis, ispan, fransız və rus dillərində nəşr olunan 33 fərqli araşdırma təhlil edilib.

20 ildən çox davam edən araşdırmalarda alimlər 19 mindən çox 12-34 yaşlı iştirakçıların məlumatlarını təhlil edib.

Tədqiqat iştirakçılarının 24 faizinin qulaqlıqlarla musiqi dinləyərkən son dərəcə yüksək səs səviyyəsinə üstünlük verdiyi də qeyd edilib. Respondentlərin 48 faizi konsert məkanlarında və gecə klublarında təhlükəli səs-küyə məruz qaldıqlarını bildirib. Bununla da alimlərin araşdırmasına görə 1,3 milyard gənc risk altındadır.

Qulaqlıqlarla dinlənilən musiqi səsinin 105 desibelə çata biləcəyini bildirən mütəxəssislər, konsert məkanlarında orta səs səviyyəsinin 104- 112 desibel arasında dəyişdiyini müəyyən ediblər.

Araşdırmaya rəhbərlik edən Lauren Dillard eşitmə itkisinin qarşısını almağın ən yaxşı yolunun dinləmə müddətini və səsi azaltmaq olduğunu qeyd edib. Dillard gənclərin smartfon və qulaqcıqlarda olan parametrləri diqqətlə izləməli olduqlarını vurğulayıb.